Modern.az

Xəbərdarlıq - Bakıda güclü şimal küləyi əsəcək

Xəbərdarlıq - Bakıda güclü şimal küləyi əsəcək

5 İyul 2012, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-23, gündüz 26-31 dərəcə isti olacağı ehtimalı var. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 6-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 06-dan 08-dək Abşeron yarımadasında atmosfer təzyiqinin enərək normadan xeyli aşağı olması və güclü küləyin əsməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, yay mövsümündə davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amildir.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək