Modern.az

Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracaq

Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracaq

Aktual

20 Oktyabr 2020, 00:43

ABŞ prezidenti Donald Tramp ekstremizmin qurbanlarına və ailələrinə 335 milyon dollar məbləğində təzminat ödənildikdən sonra Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxaracağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə D.Tramp özünün tvitter hesabında yazıb.

 

"Böyük tərəqqiyə nail olan Sudanın yeni hökuməti terror qurbanları olan amerikalılara və onların ailələrinə 335 milyon dollar məbləğində təzminat ödəməyi qəbul edib. Sözügedən vəsait daxil olduqdan sonra Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxaracağam", - deyə ABŞ prezidenti bildirib.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza