Modern.az

ATƏT PA-nın yay sessiyası Azərbaycanda keçiriləcək - EKSKLÜZİV

ATƏT PA-nın yay sessiyası Azərbaycanda keçiriləcək - EKSKLÜZİV

5 İyul 2012, 16:33

Azərbaycan Milli Məclisin üzvləri ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfərdədirlər.
ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətini rəhbər Bahar Muradovanın başçılığı ilə Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev iştirak edirlər.  

Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, bu gün başlayan sessiya 9 iyuladək davam edəcək. Onun sözlərinə görə, sessiyada bir çox mövzular müzakirə olunur.

Daimi komitənin iclasında 2014-cü ildə ATƏT-in Parlament Assambleyasının böyük bir yay sessiyasının Azərbaycanda keçirilməsi məsələsinə baxılıb və bu, təsdiqlənib

Sessiya dövründə Ukraynanın sabiq baş naziri Yuliya Timaşenko ilə əlaqədar məsələyə baxılacaq. Siyasi məsələlər və təhlükəsizlik komitəsində Bahar Muradova, İnsan haqları ilə bağlı Rəbiyyət Aslanova çıxış edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək