Modern.az

“Azərbaycan əsgəri onlara dərs keçir” - İlham Əliyev

“Azərbaycan əsgəri onlara dərs keçir” - İlham Əliyev

Aktual

20 Oktyabr 2020, 15:13

“Onların Prezidenti hər gün yeni yalanlar yayır. Azərbaycan əsgəri onlara dərs keçir. Amma bunu etiraf etməyi özlərinə sığışdırmırlar”.

 

Modern.az-ın məlumatına görə, bunu Ali baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Televizyası vasitəsilə xalqa müraciət edərkən bildirib.

 

Prezident qeyd edib ki, ermənilər tarix boyu yalanlarla yaşayıb:

 

“Təəssüf ki, bəzi ölkələrə də buna inandıra biliblər. Onlar Xocalı soyqırımı, Gəncə ilə bağlı yalan məlumatlar yayırlar. Nə əxlaq var, nə mənəviyyat var, nə düşüncə var. Ballistik raketin start nöqtəsi dünyada aparıcı dövlətlər tərəfindən izlənilir. Ballistik raketinə verilən startla o təsadüfən yaşayış məntəqəsinə düşməmişdi. Biz özümüzmü atmışdıq?! Necə ki, bütün dünyaya yalan məlumatlar yaymışdılar ki, Xocalı soyqırımını guya biz özümüz törətmişik. İndi imdad diləyirlər. Hanı sənin müzəffər ordun, yenilməz ordun? Bizim üçün Cıdır düzündə Ermənistanın sərxoş rəhbəri rəqs edəndə hesab edirdi ki, biz susacağıq. Bütün dünya onları müdafiə edəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir