Modern.az

Moskva “valı dəyişir” - Bakıdan Qəbələ RLS-lə bağlı güzəşt tələb olunur

Moskva “valı dəyişir” - Bakıdan Qəbələ RLS-lə bağlı güzəşt tələb olunur

5 İyul 2012, 15:58

“Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı aparılan danışıqlarda kompromis imkanları hələ itirilməyib”. Modern.az bildirir ki, bu barədə RİA-Novosti-yə açıqlamasında Rusiya hərbi-texniki əməkdaşlıq Federal Xidmətinin direktor müavini Konstantin Biryulin bildirib.

“Güzəşt üçün yollar axtarmaq lazımdır. Əsas problem tərəflərin kompromisə və onun dərəcələrinə hazır olub-olmamağındadır. Tərəflər buna hazırdırımı?” –deyə Biryulin qeyd edib.

O vurğulayıb ki, hazırda danışıqların sonrakı gedişini proqnozlaşdırmaq həddən artıq çətindir.

Qeyd edək ki, Qəbələ RLS-in icarəsinə görə, Rusiya ilə bağlanmış sazişin müddəti  2012-ci ilin dekabrında başa çatır. Hazırda Azərbaycanla 2025-ci ilə qədər icarə müqaviləsini bağlamaq üçün danışıqlar aparılır. Rusiya güc strukturlarındakı mənbə bir müddət əvvəl bildrimişdi ki, Azərbaycan yeni icarə haqqı olaraq 300 milyon dollar istəyir.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək