
Yaşın üstünə yaş gəldikcə insanda qocalıq əlamətləri də özünü göstərir. Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkilə nəzər yetirəndə isə Azərbaycanın tanınmış jurnalistlərinin 23 il əvvəlki vaxtları ilə indiki dövrləri arasında bir təzad ortaya çıxır.
1989-cu ilin qışı, Azadlıq meydanı. Sağdan – Tofiq Türkel, Nemət Pənahlı və Xaliq Bahadır...
Şəkildə Tofiq Türkel xeyli gəncdir, azadlıq eşqi ilə alışıb-yan;r, rus imperiyasınnın üzərinə atılmağa hazırlıqlı kimi görünür. Xaliq Bahadır isə həm yaşlı-başlı, həm də səbrli, müdrik görsənir.
Bu gün – 23 ildən sonra bu görüntünun tam tərsini görmək mümkündür. Tofiq Türkel yaşlanıb, ağır-azman halı ilə gənc jurnalistlərin ağsaqqalı missiyasını yerinə yetirir. Xaliq Bahadır isə əvvəla, indi o vaxtkı halından xeyli cavan görsənir. Həmçinin, daha çox radikallaşşıb. Nə bilmək olar, bəlkə radikallıq adamı gəncləşdirir...
(
Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).
Modern.az