Modern.az

Macarıstan nazirindən Azərbaycana dəstək MƏKTUBU

Macarıstan nazirindən Azərbaycana dəstək MƏKTUBU

Aktual

21 Oktyabr 2020, 10:07

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır. Buna görə də münaqişənin de-eskalasiyasına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır.

 

Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunu yazır.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı