Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən monitorinq aparılıb.
Monitorinqin nəticələrinə görə, paytaxtda və bölgələrdə fəaliyyət göstərən bəzi sexlər satandartlara cavab vermədiyinə görə, fəaliyyətinə qadağa qoyulub. Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərində fiziki şəxs Yaşar Dəmirçiyə məxsus sexdə karamel, fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içki, qazlı su və meyvə nektarları, “Amal” firmasında süd məhsullarının, Sumqayıt şəhərində fiziki şəxs Cavanşir Bağırova məxsus sexdə, “Gündüz” MMC-də və “Jalə-94” firmasında çörək, Abşeron rayonunda “DMC” Kompani MMC-də alkoqolsuz içki, meyvə şirələri və qablaşdırılmış içməli sular, Xırdalan şəhərində fiziki şəxs Nazim Qarayevə məxsus sexdə süd məhsullarının satışına qadağa qoyulub. Monitorinq paytaxtan kənarda davam etdirilib. Aparılan araşdırmalara görə, Kürdəmir şəhərində fiziki şəxs Sübhan İslamzadəyə, Cəlilabad şəhərində fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə, Masallı şəhərində fiziki şəxs Tofiq Məmmədova məxsus sexlərdə çörək, Şəki şəhərində fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə alkoqolsuz içkilərin istehsalı və satışında standartlar pozulduğuna görə həmin sexlərdə bu məhsulların istehsalı qadağan edilib.