Bakı şəhərinin Suraxanı rayonunda ikisi azyaşlı olmaqla üç nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.