Dünya Karapapak Türkləri Birliyi (KARPAT) adından təşkilatın sözçüsü Muhsin Şaşmaz Azərbaycan dövlətinə, ordusuna dəstək bəyanatı yayıb. KARPAT sözcusu Muhsin Şaşmaz Modern.az saytına bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə tamamilə yerləşmək üçün hər fürsətdə təxribata və ağıl xaricində davranışlara baş vuran Ermənistan yenə də şiddətli bir şəkildə birtərəfli atəş açaraq savaş fitilini alışdırıb.
"Bilinməlidir ki, Türkiyə və Azərbaycan əbədi olaraq “İki dövlət, bir millət” şüarından vaz keçməyəcək. Şübhəsiz, bu gün Azərbaycana edilən hər cür çirkin təxribatlara cavab vermək gücünü bütün dünyaya göstərir. Ermənilər bilməlidir ki, Azərbaycan onların hər cür hücumlarının, təxribatlarının qarşısını silah gücünə almaq, bu yolda şəhid olmaq üçün sırada gözləyən cəsarətli, vətənpərvər, düşmənə layiqli cavab verən Vətən övladlarına sahibdir. Allahın izniylə və hərb gücü ilə Azərbaycan ordusu hər keçən gün iləriləməkdə və işğal altında olan topraqlarını geri almaqdadır. Azərbaycanda könüllü orduya getmək üçün saysız gənclər, insanlar var. Hazırda cəbhədə olanlar isə cəbhədə qəhrəmanlıq dastanları yazır. Turkiyədə yaşayan bir qrup karapapaq türkü ianə toplayıb Azərbaycan ordusuna yardım fonduna 55 min ABŞ dolları köcürüb. Biz bununla Azərbaycana az da olsa mənəvi borcumuzu odəmiş oluruq".
Məhsəti Şərif,
Türkiyə, İstanbul