Modern.az

Azərbaycanda Dövlət Taxıl Fondu üçün keyfiyyətli buğda tədarükü elan edilib

Azərbaycanda Dövlət Taxıl Fondu üçün keyfiyyətli buğda tədarükü elan edilib

5 İyul 2012, 19:25

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün FHN-nin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N.Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz ASC” və “Aveta” MMC müəssisələri vasitəsilə iyulun 6-dan sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 230 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbuluna başlayır:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) - bütün

bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif

buğda üçün - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik

-3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir

X. Digər əlamətlər–bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

 “Səngəçal” Taxıl elevatoru:
Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı şossesi: Tel: 050-218-30-06; 055-560-06-12.

“Gəncə” Taxıl elevatoru:
Gəncə şəhəri, Azərbaycan əsgəri-20, Tel: 055-220-62-26, 070-360-39-03.

“Abşeron Taxıl MMC”:
Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, Tel: 050-204-24-78; 050545-12-18.

“Karat-Holdinq” MMC:
Xirdalan şəhəri, Samaxı şossesi-23, Tel.: 012-342-09-50, 050-223-18-97

“Karmen” MMC:
Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 012-342-59-12.                        

“FATOĞLU” MMC:
Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 022-56-94-44; 050-222-08-20

N.Quliyev adına “Bakı-Taxıl” ASC:
Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-21-72

“Araz ASC”:
Ziğ şossesi 27, Tel. 0-50-502-29-08; 012-379-10-29; 012-373-04-89. faks: 012-373-90-00

“Aveta” MMC:
Kürdəmir şəhəri, Bakı pospekti 6, tel.: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək