Modern.az

Məmməd Nazimoğlu 4 il öncə getmişdi

Məmməd Nazimoğlu 4 il öncə getmişdi

6 İyul 2012, 09:57

Bu gün dəyərli jurnalist mərhum Məmməd Nazimoğlunun vəfat etdiyi günüdür.

Məmməd Nazimoğlu 1959 -cu il sentyabrın 28-də Ağdaş  rayonunun Qobuüstü  kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarındandır. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olub.
Məmməd Nazimoğlu 2008-ci il iyulun 6-da vəfat edib.
Jurnalist qara ciyərində yaranmış problemdən əziyyət çəkirdi.

Doğulduğu məkanda, Ağdaş rayonunun Qobuüstü kəndində dəfn olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək