Modern.az

Düşmən döyüş meydanından geriyə çəkilir - Müdafiə Nazirliyi

Düşmən döyüş meydanından geriyə çəkilir - Müdafiə Nazirliyi

Aktual

21 Oktyabr 2020, 20:00

“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

 

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində qürduğu müdafiə sistemi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi