Modern.az

İstanbulda Milli Qəhrəmanın ailəsi ziyarət edildi - FOTO

İstanbulda Milli Qəhrəmanın ailəsi ziyarət edildi - FOTO

Aktual

21 Oktyabr 2020, 22:43

Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyatdin Kassanov, baş katib Fuad Uçar və "Ahıska" Qəzeti, "Türk Birliyi" jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, Azərbaycanın torpaq bütünlüyü uğrunda gedən Qarabağ müharibəsində şəhid olan İskəndər Aznaurovun İstanbulda yaşayan anası Kamilə Mustafayevanı ziyarət edib.

 

Modern.az-ın məlumatına görə, 19 oktyabr 2020-ci il tariximdə baş tutan görüşdə tərəflər, şanlı Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə bağlı yaşadıqları sevinc hissini bölüşüblər. Qəhrəmanımızın anası bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa, övladlarımı itirən analara da səbr diləyərək "Hər bir şəhid bizim üçün qərəmandır" deyib.

 

Milli Qəhrəmanın anası Kamilə Mustafayeva, Ahıska Türkləri üçün gördüyü işlər və müalicə müddətində verdiyi dəstəyə görə Ziyatdin Kassanov və Fuad Uçara öz minnətdarlığını bildirib.

 

O, "öncə Allahın sonra sizlərin köməyi ilə sağlamam və nəvələrimlə birlikdəyəm" sözləri ilə hisslərini ifadə edib.

 

Görüşdə iştirak edən Milli Qəhrəmanın qızları təşkilata atalarını unutmadığı, onlara hər zaman yardım etdikləri üçün təşəkkür ediblər.

 

Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi