Modern.az

Gürcüstanda insanları girov götürən silahlı şəxs polisə təslim oldu

Gürcüstanda insanları girov götürən silahlı şəxs polisə təslim oldu

Aktual

21 Oktyabr 2020, 22:51

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri girov saxlayan silahlı şəxs polisə təslim olub.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, xüsusi əməliyyatla silahlı şəxs tutulub və girovlar sərbəst buraxılıb.

 

Cinayətkarın şəxsiyyəti barədə məlumat yoxdur. Onun qumbara və avtomatla silahlandığı bildirilirdi.

 

Qeyd edək ki, 5 saata yaxındır insanları girov saxlayan silahlı şəxs onların azad edilməsi müqabilində 500 min dollar və helikopter tələb edirdi.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri hadisə yerinə gəlib və əməliyyata rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi