Modern.az

Avropa İttifaqı Şurasının prezidenti koronavirusla bağlı təcili iclas çağırdı

Avropa İttifaqı Şurasının prezidenti koronavirusla bağlı təcili iclas çağırdı

Aktual

22 Oktyabr 2020, 00:00

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 29-da videokonfrans formatında COVID-19 koronavirus infeksiyası ilə bağlı təcili qeyri-rəsmi Avropa İttifaqının sammitini çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri özü yazıb.

 

Avropa İttifaqı Şurasının rəhbəri əvvəllər koronavirus infeksiyası ilə bağlı Avropadakı mövcud vəziyyətin ürəkaçan olmadığını söyləyib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də Avropa Birliyindəki COVID-19 ilə əlaqədar vəziyyətin getdikcə narahatlıq doğurduğunu dilə gətirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi