Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Məmmədov Rövşən Elşən oğlu kürəyinin və qarnının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
23 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır (apa).