Türkiyənin TRT1 kanalında yayınlanan “Kalk gidelim” serialında Azərbaycan ordusuna dəstək nümayiş etdirilib.
Modern.az xəbər verir ki, serialın baş qəhrəmanlarından biri Seyfəddin Dalın dilindən səslənən fikirlərdə Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal edildiyi və hazırda ordumuzun torpaqlarımzı işğaldan azad etməsi üçün cəbhədə döyüşdüyü qeyd olunur:
“Türk 1920-ci ildə də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə aparır, 30 illik zülmə artıq yetər deyir. Qardaşlarımız mübarizələrində haqlıdırlar, bunu da bütün dünya belə bilsin!”
Qeyd edək ki, “Kalk gidelim” serialnının 125-ci bölümü bu gün Bakı vaxtı ilə saat 22.00-da nümayiş etdiriləcək.
Turan ASLAN