Modern.az

Poroşenkoya cinayət işi açıldı

Poroşenkoya cinayət işi açıldı

Aktual

22 Oktyabr 2020, 08:16

Ukraynada yeni dövlət çevrilişinin hazırlanması ilə bağlı keçmiş Prezident Pyotr Poroşenko və onun silahdaşları barəsində cinayət işi açılıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ali Radanın “Müxalifət platforması – Həyat üçün" Partiyasından olan deputatı Renat Kuzmin bildirib.

 

Kuzmin iddia edir ki, Poroşenko və onun ətrafı “əslində dövlət çevrilişi olmuş “Maydan” dövründə olduğu kimi, dövlət hakimiyyətini zorla ələ keçirməyə hazırlaşır”.

 

O, həmçinin Baş Prokurorunun Ofisindən sənədlərin skan sürətini dərc edib, burada işin oktyabrın 1-də başlandığı göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi