Modern.az

İyulun 4-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı

İyulun 4-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı

6 İyul 2012, 10:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də keçirdiyi buraxılış imtahanların nəticələrini élan etdi. Bu barədə Modern.az TQDK-nın mətbuat xidməti məlumat verib. Komisiyadan bildirilib ki, iyulun 4-də respublikanın 13 şəhər və rayonunda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda təkrar imtahanlar keçirilib.

İmtahan nəticələrini 11-ci sinif şagirdləri buradan (//www.tqdk.gov.az/orta2012net_1/ ),
9-cu sinif şagirdləri isə bu linkdən
(//www.tqdk.gov.az/orta2012net9_1/ )  öyrənə bilərlər.

Qeyd edək ki, iyulun 4-də keçirilən imtahanda aşağıda qeyd olunan kateqoriyadan olan şagirdlər iştirak ediblər: 

 -üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilən  buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulan  vaxtadək müraciət edən  ümumi orta  və tam orta təhsil səviyyələrinin buraxılış sinif  şagirdləri  

-tam  orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulan  vaxtadək müraciət etmiş şagirdlər 

-əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulan  vaxtadək müraciət edən  şagirdlər 

-əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat  fənlərinin hər ikisi üzrə  qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında  bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən  və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək