Modern.az

Milli Məclis yaxın günlərdə hesabat verəcək

Milli Məclis yaxın günlərdə hesabat verəcək

Parlament

6 İyul 2012, 10:47


Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin yaz sessiyası və növbədənkənar sessiyasının yekunlarına dair mətbuat konfrans üçün hazırlıq işləri davam edir.

“Konfrans bu ayın birinci yarısından o tərəfə keçməyəcək. Hazırlıq işləri bitəndən və dəqiq vaxt müəyyən edildikdən sonra bu haqda Kütləvi İnformasiya Vasitələrinə ətraflı məlumat veriləcək”.
Mətbuat konfransında hər il olduğu kimi yaz sessiyası və növbədənkənar sessiyasının yekunlarına dair hesabat veriləcək.

Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım