Modern.az

Zatulindən ermənilərə DƏSTƏK - Moskvanı Qarabağ məsələsində “desant əməliyyatı”na çağırdı

Zatulindən ermənilərə DƏSTƏK - Moskvanı Qarabağ məsələsində “desant əməliyyatı”na çağırdı

22 Oktyabr 2020, 11:50

Rusiyanın Dövlət Dumasında Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində “desant əməliyyatı” daxil olmaqla Dağlıq Qarabağda vəziyyətin inkişafına reaksiya verə biləcəyi deyilib.

Modern.az xəbər verir ki, bu haqda Dövlət Dumasının MDB işləri üzrə, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin məlumat verib.

Onun sözlərinə görə, Rusiyada başa düşməlidirlər ki, bu münaqişə təkcə Dağlıq Qarabağdakı ermənilərlə mübarizədən yox, həm də “Türkiyənin müqəddəratları həll etməklə Zaqafqaziyada yeni dünya yaratmaq cəhdi”ndən ibarətdir.

Zatulin vurğulayıb ki,  Rusiya postsovet məkanında aparıcı ölkə olduğunu sübut etməlidir. Parlament üzvü Ermənistanın hərbi potensialının gücləndirilməsini, KTMT-yə müraciət olunduğu halda, Dağlıq Qarabağ yox, Ermənistan ərazilərinin “desant əməliyyatı” vasitəsilə qorunması tədbirlərinin zəruriliyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Moskva lazım gələrsə, Gürcüstana onun hava məkanı vasitəsilə Ermənistana lazımi qüvvələr və vəsaitlərin göndəriləcəyini başa salmalıdır.          

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi