Modern.az

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə qadirdir” 

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə qadirdir” 

22 Oktyabr 2020, 12:06

"İşğal olunmuş ərazilər ermənilər tərəfindən vəhşicəsinə bərbad vəziyyətə salınıb. Onlar elə bir vəziyyət yaradıblar ki, orada heç kim yaşaya bilməz".

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycan sülhməramlı əməliyyatlarını bitirdikdən sonra, azad edilən bütün bölgələrdə cənnət yaratmağa qadirdir:

"Biz çalışacağıq ki, bu ərazilər yenə də dünyanın ən gözəl ərazisinə çevrilsin".

A.Mollazadə əlavə edib ki, ekoloji nöqteyi-nəzərdən də biz bu gözəl təbiəti bərpa etməliyik.

"Eyni zamanda insanların yaşaması üçün şərait yaradılması, sosial, iqtisadi imkanların formalaşdırılması istiqamətində Azərbaycan dövləti bir çox işlər görə bilər. Əminəm ki, bu istiqamətdə əməliyyatlar bitdikdən sonra çox böyük işlər görüləcək".

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi