Modern.az

Tarixçilərdən gözləntilərimiz - Deputat Anar İskəndərli aydınlıq gətirdi

Tarixçilərdən gözləntilərimiz - Deputat Anar İskəndərli aydınlıq gətirdi

Aktual

22 Oktyabr 2020, 13:10

"Dağlıq Qarabağ tarixinin iki istiqaməti var. Tarixi və hüquqi tərəfi. Tarixi olaraq bu ərzinin Azərbaycana məxsus olması ilə bağlı kifayət qədər mənbələr var".

Bu sözləri Modern.az-a müharibə dövründə tarixçilərin rolu və fəaliyyəti haqqında danışarkən tarixçi deputat  Anar İskəndərli deyib:

"Rusiyada kifayət qədər tarixi mənbələr var ki, Azərbaycan mənbələrinə ehtiyac olmur. XIX əsrdə müstəqil Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunanda rus tarixçilər müxtəlif əsərlər yazıblar ki, biz bu gün də düşmənlə üz-üzə gəldikdə Azərbaycan, Osmanlı tarixinə  istinad etmirik, rus tarixçilərin yazdıqlarını onların qarşısına qoyuruq.

Qədim tarixilik baxımından isə erməni tarixçilər özləri də etiraf edirlər ki, onlar heç vaxt bu torpaqların sahibi olmayıblar. Ermənilər köçmədirlər, onların gəlməsi ilə bağlı da mənbələr çoxdur".


Tarixçi qeyd edib ki, onlar məsələnin hüquqi tərəfini gündəmə gətirməklə həm tarixilik, həm də hüquqi baxımından Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya çatdırıblar: 

"Prezidentimizin də dediyi kimi, Qarabağ Azərbaycandır!".

İndiyə qədər Azərbaycan həqiqətlərinin təbliğatının zəif olmasının səbəblərinə gəlincə, A.İskəndərli bunu sovet dövrü ilə əlaqələndirib:


"Sovet dönəminin təbliğatı imkan vermədi ki, tarixi həqiqətlər üzə çıxarılsın. Dağlıq Qarabağın Azərbaycan torpağı olması ilə bağlı minlərlə mənbə masa üstündədir. Bunu erməni tarixçilər  də yaxşı bilirlər. Gəlmə olduqlarını da, məskunlaşmağı da, onları burada kimin məskunlaşdırdığını da ermənilər çox yaxşı bilirlər. Bununla bağlı kifayət qədər mənbələr var".

 

P.S. Hörmətli deputat, tarixçilərin dünyada yüzlərlə təşkilatı var. İndi onlara müraciət etməyin vaxtıdır. Ümumi danışmaqla iş bitmir. Ortada heç bir iş görə bilməyən Tarix İnstitutu var.

  

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək