Modern.az

İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi

Aktual

22 Oktyabr 2020, 13:26

İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

 

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri Mark Laytner İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub:

 

“Tehran üçün ABŞ-da namizədlərdən hansının prezident olmasının heç bir fərqi yoxdur. ABŞ rəsmilərinin İrana qarşı irəli sürülən açıqlamaları reallığı əks etdirmir”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək