Modern.az

Üçüncü ölkənin Qarabağ münaqişəsinin nizamlanmasına cəlb olunması Azərbaycan və Ermənistanın razılığından asılıdır - Peskov

Üçüncü ölkənin Qarabağ münaqişəsinin nizamlanmasına cəlb olunması Azərbaycan və Ermənistanın razılığından asılıdır - Peskov

Aktual

22 Oktyabr 2020, 16:44

“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

 

Modern.az APA--ya istinadən məlumat verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir - Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, - deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək