Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Düşmən tərəfindən Siyəzənə 3 raket, Qəbələyə 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
Modern.az xəbər verir ki, ermənilərin dinc əhaliyə hücumunu pisləyən Milli Məclisin deputatı Azay Quliyev münaqişənin diplomatik həllinin olmamasına diqqət çəkib:
"Bu gün Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən bölgələrini balistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır".