Modern.az

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına ziyalılar da qoşuldu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına ziyalılar da qoşuldu

Aktual

22 Oktyabr 2020, 17:56

15 oktyabr 2020-ci il tarixdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşəbbüsü ilə dahi Azərbaycan şairi Gəncə şəhərində yerləşən məqbərəsindən “Nizami Gəncəvinin şəhərini xilas edək” kampaniyasına start verilib.

 

Modern.az-aın məlumatına görə, kampaniya çərçivəsində #nizamigəncəvininşəhərinixilasedək (#savenizamiganjavicity) həştəqi ilə sosial şəbəkə platformaları vasitəsilə geniş təbliğatı həyata keçirilir. Belə ki, bu günə kimi tivtter şəbəkəsi üzərindən 2000-dən çox, feysbuk şəbəkəsi üzərindən isə 41000-dən çox istifadəçi Nizami Gəncəvinin şəhərinə edilən erməni terrorunu pisləyərək kampaniyaya qoşulub.

 

Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif ölkələrində yaşayan öz üzvləri və dostlarını da Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Gəncə terror hadisələri haqqında daima məlumatlandırır. Bunun nəticəsi olaraq dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamları və ziyalıları da kampaniyaya dəstək verərək Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədi ilə dünya liderlərinə çağırış edilib. Çağırışın mətnində Azərbaycan Respublikası hökümətinə, Azərbaycan xalqına ərazi bütövlüyünü bərpa etmək və bölgəyə sülh və sabitlik gətirmək üçün bu legitim mübarizəsində tam dəstək ifadə olunub.

 

Həmçinin, yekdil olaraq bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasını beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə məcbur etmək üçün bütün səylərini birləşdirməlidir. 

 

Qeyd edək ki, sözügedən çağırış BMT-nin Baş katibinə, Avropa İttifaqına, YUNESKO-nun Baş direktoruna, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, eləcə də Böyük 20-lərin üzv dövlətlərinin prezident və baş nazirlərinə ünvanlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir