Modern.az

Bakcell tanınmış DJ-i Bakıya gətirir

Bakcell tanınmış DJ-i Bakıya gətirir

6 İyul 2012, 14:03

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənclər. Bakcell Dreamexe Production ilə birlikdə yayın ən qızmar vaxtında dünyanın ən çox sevilən DJ-lərindən birini sizlər üçün Bakıya gətirir. Qala Bazar İstirahət mərkəzində təşkil olunacaq COOL DANCE - Bakı Yay Musiqi Festivalında dünyaca ünlü DJ-lər, TOP 10-uğa daxil olan Markus Schulz və Britaniyalı Chris Lake Azərbaycanda ilk dəfə çıxış edəcəklər. İyul ayının 7-si və 13-ü təşkil olunacaq konsertlərdə xaricilərlə yanaşı, tanınmış yerli DJ-lər olan DJ Rem, AKG, Elio Sanchez və Hazy təmsil edəcəklər.

Bundan başqa, bütün qonaqları festival zamanı Javid Quliyevdən unudulmaz Visual Şou və Ukraynadan 3 metrlik Led İşıqlı Robotlar gözləyir.

Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in baş sponsorluğu və dəstəyi ilə həyata keçiriləcək. Bütün elektron musiqisevərləri ətrafına toplayacaq COOL DANCE Festivalı yay aylarının əsas hadisəsinə çevriləcəkdir.

Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə edə bilərsiniz.  . www.bakcell.com www.facebook.com/bakcell    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək