Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Hərəkatın mətbuat xidmətindən Modern.az-a bildirlib ki, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.
Qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
DCUMH İdarə Heyəti “Regiondakı mövcud hərbi-siyasi durum, Azərbaycanın ərazi bütövlüyünə təhdidlər ” mövzusunda, 2012-ci il iyul ayının 10-da, saat 12.00-da KXCP-nin qərargahında keçiriləcək növbəti Qarabağ Forumuna hazırlıq məsələlərini müzakirə edib.
İdarə Heyəti ACP lideri Rəsul Quliyevin DCUMH-un fəaliyyəti haqqında fikirlərini əsassız hesab etdiyini bildirib.
DCUMH İdarə Heyəti Hərəkatın genişlənməsi ilə bağlı məsələni müzakirə edib.
Modern.az