Modern.az

“Bəzi müxalifətçilər hakimiyyətin fitvasına gedirlər”

“Bəzi müxalifətçilər hakimiyyətin fitvasına gedirlər”

6 İyul 2012, 16:13

Açıq Cəmiyyət Partiyasının sədri, keçmiş müsavatçı Sülhəddin Əkbər son günlər müxalifət cəbhəsində prezident seçkiləri ilə bağlı irəli sürülən vahid namizəd məsələsinə münasibət bildirib. O, Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan hakimiyyəti seçki məsələsini ortaya ataraq müxalifəti çaşdırmağa çalışır.

“Azərbaycanda seçkiqabağı demokratik mühitin yaradılması, azad və ədalətli şəraitin formalaşması vacib amillərdəndir. İndiki halda prezident  seçkilərindən söhbət etmək, vahid namizəd məsələsindən danışmaq, müzakirələr aparmaq düzgün deyil. Bu əslində hakimiyyətin ortaya atdığı bir oyundur.
Hakimiyyət elə təsəvvür yaradır ki, guya Azərbaycanda seçkiqabağı demokratik seçki mühiti tam normaldır, ancaq namizəddən danışmaq qalır. Bu hakimiyyətin siyasi addımıdır. Təəssüflər olsun ki, bizim bəzi müxalifətçi doslarımız da yalnışlığa yol verərək hakimiyyətin fitvasına gedirlər. İndiki siyasi şəraitdə bu məsələsinin ortaya atılmasını yalnış hesab edirəm”, - deyə ACP sədri vurğulayıb. S.Əkbər 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətdən kimin vahid namizəd olacağı ilə bağlı suala “hələlik ad çəkmək istəmirəm”- deyərək cavab verib.

Anar RÜSTƏMOV  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək