Modern.az

Münaqişə Qarabağda getdiyi üçün  KTMT-nin köməyindən danışmaq düzgün deyil - Rəsmi Moskva

Münaqişə Qarabağda getdiyi üçün  KTMT-nin köməyindən danışmaq düzgün deyil - Rəsmi Moskva

23 Oktyabr 2020, 14:34

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

 

O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:

 

"Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək