Modern.az

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

23 Oktyabr 2020, 15:16

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 50 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 32 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 18 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə rayonu və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

 

Modern.az AZƏRTAC-a istinadla düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

 

27 sentyabr

 

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

 

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

 

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 

3 oktyabr

 

Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

 

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

 

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 

4 oktyabr

 

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

 

9 oktyabr

 

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri

Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

Tərtər rayonunun Çaylı kəndi

 

14 oktyabr

 

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

 

15 oktyabr

 

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

Füzuli rayonunun Arış kəndi

Cəbrayıl rayonunun Doşulu kəndi

 

16 oktyabr

 

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 

17 oktyabr

 

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 

18 oktyabr

 

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırıldı

 

19 oktyabr

 

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 

20 oktyabr

 

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 

21 oktyabr

 

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 

22 oktyabr

 

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək