Modern.az

Arutunyan Putinə yalvardı - Döyüşləri dayandırın

Arutunyan Putinə yalvardı - Döyüşləri dayandırın

23 Oktyabr 2020, 16:37

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək,  Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

 

Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə A.Arutunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

 

Separatçı "lider" məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb:

 

“Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək