Modern.az

Yazıçı Anar İranın dini lideri Xamneiyə müraciət edib

Yazıçı Anar İranın dini lideri Xamneiyə müraciət edib

6 İyul 2012, 18:25

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar AYB-in üzvü olan gənc şairlər Fərid Hüseynin və Şəhriyar Del Geraninin (Hacızadə) İranda həbs edilməsi ilə əlaqədar bu ölkənin ali dini rəhbəri Ayətullah Xameneiyə  müraciət edib.

Müraciətdə deyilir: “İki gənc şairimizin – AYB-nin  üzvü Fərid Hüseynin və Şəhriyar Del Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta “Heydərbabaya salam” şeirindən bir neçə beyti oxudunuz. Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz”.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək