Modern.az

Məzahir Pənahov Gürcüstanda seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Gürcüstanda seçkiləri müşahidə edəcək

23 Oktyabr 2020, 18:44

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Gürcüstana səfər edəcək.

 

Modern.az xəbər verir ki, o, oktyabrın 31-də qonşu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

 

M.Pənahov artıq Gürcüstan MSK-da beynəlxalq müşahidəçi kimi qeydiyyata alınıb.

 

Seçkiləri Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov də izləyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək