Modern.az

Azərbaycanın xarici işlər naziri İran səfirindən tələb etdi

Azərbaycanın xarici işlər naziri İran səfirindən tələb etdi

6 İyul 2012, 18:28

Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Naziri Elmar Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə 5 nota təqdim etməsinə baxmayaraq qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb.  Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb edib və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına  ümidvar olduğunu bildirib.


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək