Modern.az

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

23 Oktyabr 2020, 20:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

 

Oktyabrın 24-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək