Modern.az

İranın Azərbaycandakı səfirliyi açıqlama verdi: “Bunlar uydurmadır...”

İranın Azərbaycandakı səfirliyi açıqlama verdi: “Bunlar uydurmadır...”

6 İyul 2012, 19:06

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin diplomatik missiyasıi başa çatıb və o, yaxın günlərdə Bakını tərk edəcək. Bəzi məlumatlara görə, Bəhrami gedəcək, onun yerinə isə heç kim təyin olunmayacaq. Bu, İranın Azərbaycandakı səfirliyinin bağlanacağı ilə izah olunur.

İran səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namidar isə Modern.az-a açıqlamasında bildirib ki, bu məlumatlar uydurma və yalandır. İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami geri döndükdən sonra, onun yerinə digər bir səfir gələcək.

“Xəbəri yayanlar heç bir yerə istinad etməyərək, özlərindən fərziyyə uydururlar. İran səfirliyinin və Xarici İşlər Nazirliyinin diplomatik korpusun bağlanmasına dair rəsmi qərarı olsa, o zaman belə demək olar. Amma ortada heç nə yoxdur. Səfiri İran Xarici İşlər Nazirliyi prezidentə təklif edir. Prezident də təsdiq edir və göndərir həmin ölkəyə. Bu ölkədəki İranın səfirliyi var və onun da səfiri olmalıdır. Əgər burada səfirlik varsa, yeni səfir də gələcək”.

Anar Kəlbiyev
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək