Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, B.Nəzərova bu fəxri ad Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə verilib.