Modern.az

“Toy olsun” verilişi bağlandı

“Toy olsun” verilişi bağlandı

Media

6 İyul 2012, 20:02

ANS televiziyasının ən reytinqli verilişi olan “Toy olsun”un yayımı dayandırılıb. Bu barədə Modern.az saytına “Toy olsun” verilişinin  aparıcısı  Ulvira Qarayeva məlumat verib.
“Veriliş mövsümə görə bağlanıb. Dəqiq nə vaxt yenidən efirə gedəcəyini rəhbərlik bilər” - deyə Ulvira Qarayeva qeyd edib.

“Toy olsun” verilişinin digər aparıcısı Elgiz Əkbər isə xaricə istirahətə gedib. Bu barədə onun iş yoldaşları məlumat verdilər.

Qeyd edək ki, bu ilin may ayında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında bildirmişdi ki, sentyabrdan Azərbaycan telekanallarında yayımlanan izdivac verilişlərinin yayımı dayandırılacaq.

Şura sədri izdivac verlişlərinin cəmiyyət üçün yararlı olmadığını deyib: “Ailə qurmaq normal şeydir, amma bunun üçün televiziyanın imkanlarından istifadə etmək lazım deyil”.

N.Məhərrəmli onu da demişdi ki, həm ANS, həm də ATV kanalının rəhbərliyi bildiriblər ki, onlar da əhalinin narahatlığını başa düşürlər və bunu nəzərə alacaqlar.

Buna görə də, yay mövsümü ilə əlaqədar müvəqqəti bağlanan “Toy olsun” verilişi sentyabrdan bir daha ANS-in ekranına qayıtmaya bilər.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək