Modern.az

Prezident nazirliklərə iki ay vaxt verdi

Prezident nazirliklərə iki ay vaxt verdi

7 İyul 2012, 11:10

Prezident İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarında (nazirliklərdə) elektron xidməti yaradılması haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə  “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”qanuna əsasən  mərkəzi icra hakimiyyəti orqanlarına göstərdikləri hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən edilməsi tapşırılıb.

Nazirlər Kabineti bir ay müddətində normativ hüquqi aktlarını bu fərmana uyğunlaşdırmalı və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti eyni zamanda üç ay müddətində mərkəzi icra hakimiyyəti orqanlarına hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etmələri barədə verilmiş tapşırığın həmin mərkəzi icra orqanları tərəfindən icrası barədə məlumatı ümumiləşdirməli və Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək