Modern.az

Azərbaycanda zəvvarların Həcc növbəsi varmı?

Azərbaycanda zəvvarların Həcc növbəsi varmı?

7 İyul 2012, 11:49

Azərbaycanda müqəddəs Həcc ziyarətinə getmək üçün növbəyə durmaq yoxdu. Bu sözləri Modern.az-a QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyib.

M.Payızov bildirib ki, Azərbaycanda Malayzia, İndoneziya və digər başqa dövlətlər kimi 3-5-il qabaqcadan pul verib növbəyə durmaq yoxdu.

”Kvotada ayrılan yerlər dolanda, artıq qalan müraciət edənlərin adlarını bir kitabda qeyd edirik, növbəti ildə həmin insanlar növbədənkənar müqəddəs Həcc ziyarətinə getməyə yazılırlar”. 

M.Payızov belə bir növbəliliyə iki ildir başlandığını deyib: “Biz növbəlilik sisteminə iki ildir başlamışıq. Əvvəllər bizdə belə bir sistem olmayıb. Bizdə hər şey qabaqcadan Səudiyyə Ərəbistanı Krallığının Həcc nazirliyilə razılaşdırılır. Biz kvotada nəzərdə tutulan  yerdən əlavə zəvvar apara bilmərik”.

Qeyd edək ki, xarici ölkələrdə müqəddəs Həcc ziyarətinə getmək üçün 3-5-7-ilə kimi növbədə qalırlar. Türkiyə, İran, İndoneziya və Malayzia kimi dövlətlərdə Həcc ziyarətinə getmək istəyənlər illərlə növbəyə duraraq, pulu qabaqcadan ödəyirlər.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək