Modern.az

Milli Məclisin 2 üzvü Gürcüstana gedir

Milli Məclisin 2 üzvü Gürcüstana gedir

7 İyul 2012, 12:13

Milli Məclisin Beynəlxalq münasibətlər  və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asəf Hacıyev “Avropa İttifaqı və onun avropalı qonşuları” adlı IX Beynəlxalq konfransda iştirak etmək üçün iyulun 9-da Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirə Avropa Birliyindən, Şərqi Avropa və Türkiyədən parlament və hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qoşulacaqlar. Konfransda Avropaya inteqrasiya prosesinin perspektivləri müzakirə olunacaq. Şərq Tərəfdaşlığı ölkələrində siyasi və sosial islahatlar, demokratik transformasiya, iqtisadi inkişaf, regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.

Səfər iyulun 12-də başa çatacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək