Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, diplomatik fəaliyyətini başa vuran səfirə öz təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.
Modern.az