Modern.az

Bu tankerdə itkin düşmüş dənizçilərin axtarışları davam edir

Bu tankerdə itkin düşmüş dənizçilərin axtarışları davam edir

25 Oktyabr 2020, 16:09

Rusiyanın “General Həzi Aslanov” neft daşıyan tankerində partlayış zamanı itkin düşmüş 3 dənizçinin axtarışları davam etdirilir.

 

Modern.az xəbər verir ki, axtarışlar suda və havada helikopterlər vasitəsilə aparılır. Partlayış nəticəsində dənizçilərin suya düşdüyü ehtimal olunur.

 

Xatırladaq ki, oktyabrın 24-də Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidəki 13 heyət üzvündən 10-u xilas edilib, 3-ü itkin düşüb.

 

Tanker “Qafqaz” limanından Rostov limanına doğru hərəkət edirdi. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda tanker Krasnodar diyarının İlyiç yaşayış məntəqəsi rayonuna gətirilib və sahibinə, Türkiyənin “Palmali Shipping Agency” şirkətinə qaytarılması məsələsi müzakirə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?