Modern.az

“Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”

“Ermənistanı inandırmalıdırlar ki, torpaqları boşaldacağına dair öhdəlik götürsün”

25 Oktyabr 2020, 17:15

“BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə yazıb. 

 

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq bitərəf qalmalı və tərəf tutmamalıdırlar:

 

“Həmsədrlər Ermənistanı inandırmalıdırlar ki, təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?