Modern.az

İlhamə Qasımova Almaniyada şou-konsert verəcək - VİDEO

İlhamə Qasımova Almaniyada şou-konsert verəcək - VİDEO

7 İyul 2012, 13:46


“EMM Awards 2012”-nin laureatı, populyar müğənni İlhamə Qasımovanın Avropada nailiyyətləri davam edir. Artıq müğənninin müəllifi Mark Dollar, rejisor işi Oliver Sommerə məxsus olan "Flying" ("Uçuş") mahnısı dünyanın Top Muzik saytlarında izləmə rekordlarını qıraraq ön cərgələrdə qərarlaşıb.

Hazırda İlhamə Qasımovanın mahnısı Top Muzik saytlarında 3-cü yerə yüksəlib.  Müğənninin ifa etdiyi bu mahnı hitə cevrildiyindən, Almaniyanın məşhur ticarət mərkəzlərinin reklam roliklərində istifadə edilir.
Alman mətbuatının məlumatına görə, Avropada məşhurlaşan bu mahnının və klipin təqdimatı bu ayın son günlərində İlhamə Qasımovanın Almaniyada kecirəcəyi şou konsertində keciriləcək. Bu şou konsertin Almaniyanın TDF, VOX və digər məşhur kanalları vasitəsilə canlı yayımlanacağı bildirilir. Artıq müğənninin məşhurlaşan mahnısı BB radioda da, reklam roliklərində istifadə edilir.

Xatırladaq ki, İlhamə Qasımovanın bu yayın hitinə cevrilən, Top Muzik saytlarında izləmə və yükləmə sayına görə, ön cərgələrdə qərarlaşan "Flying" mahnısının klipi dünyanın məşhur məkanlarında - Kanar adalarında, Tenerifedə, Playa de La Amerikada lentə alınıb. Mahnıda İlhamə Qasımovanın duet ortağı dünyada tanınmış RIO grupunun solisti U-Jean adlı amerikali müğənnidir. Klip İlhamə, U-Jean, Dc OGB üclüyü ilə ərsəyə gəlsə də, azərbaycanlı müğənniyə məxsusdur. "Universal" sirkəti ilə bağlanılan müqaviləyə əsasən, təqdimat mərasimindən sonra klip və mahnı rəsmi olaraq satışa cıxarılacaq.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək