Modern.az

Hemilton Şumaxerin rekordunu qırdı

Hemilton Şumaxerin rekordunu qırdı

25 Oktyabr 2020, 20:14

“Mersedes”in britaniyalı pilotu Luis Hemilton “Formula-1” üzrə Portuqaliya Qran-prisində qalib olub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, 35 yaşlı L.Hemilton karyerasında 92-ci qələbəsini qazanıb və bununla da “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxeri üstələyib.

 

Portuqaliya Qran-prisində L.Hemiltonun komanda yoldaşı Valtteri Bottas ikinci, niderlandlı Maks Ferstappen isə üçüncü yerə sahib olub.

 

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi 31 oktyabr-1 noyabr tarixlərində İtaliyada keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?