Modern.az

Dövlət Neft Şirkətinin əməkdaşı intihar edib

 Dövlət Neft Şirkətinin əməkdaşı intihar edib

7 İyul 2012, 13:47

“Azneft” İstehsalat Birliyinin əməkdaşı  Səlimov Zahiq Xoşbala oğlu iş yerində intihar edib. Dövlət Neft Şirkətindən Modern.az-a verilən məlumata görə, hadisə dünən günorta radələrində N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində baş verib. 1960-cı il təvəllüdlü Səlimov Zahid  neft-qaz hasilatı üzrə operator vəzifəsində çalışıb.

Qurumdan bildirilib ki, mərhum Bulla-dəniz yatağındakı 56 nömrəli özüldə psixoloji sarsıntı keçirmiş və özünü dənizə ataraq intihar edib.

 Z.Səlimovun meyidi Xəzər Dəniz Neft Donanmasına məxsus PS 173 sərnişin gəmisi vasitəsi ilə dənizdən götürülərək sahilə çıxarılıb.

Anar RÜSTƏMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək